Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov başda olmaqla Bakı Sağlamlamlıq Mərkəzinin dörd əməkdaşına Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri və idarə Heyəti tərəfindən Fəxri diplom təqdim olundu.

Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı, dövlət və dövlətçiliyə göstərilən münasibət, vətənpərvər ideyalarına görə və Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov başda olmaqla Bakı Sağlamlamlıq Mərkəzinin dörd əməkdaşına Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri və idarə Heyəti tərəfindən Fəxri diplom təqdim olundu. Görüş zamanı qeyd edilib ki, Bakı Sağlamlıq Mərkəzinin haqq-ədalət savaşımızda bizə qələbə bəxş edən şəhidlərimizin ailə üzvlərinə, qazilərimizə və hərbçilərimizə göstərdiyi xidmət və qayğı təqdirəlayiqdir. Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov birdirdi ki, vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və bütün çətinliklərə sinə gərən qeyrətli vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, şəhid ailələrinin və qazilərimizin sağlamlığının keşiyində durmaq hər birimizin borcudur. Sonda qonaqlarla xatirə şəkili çəkildi. Baş tutmuş görüşdən görüntüləri sizlərə təqdim edirik.

Diqər xəbərlər